Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları” təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi
Qaydaları”nı təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydalarına əsasən könüllü tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə
bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.

Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir. Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq
edilir və Azərbaycan Respublikasının ərazisində qüvvəyə minir.

Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir. İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığorta olunana şəhadətnamənin dublikatını verməlidir.

Leave a Reply