Sabahdan daha bir avtobus marşrutu BakıKartla ödəniş qəbul edəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) sabahdan etibarən daha bir avtobus marşrutunu nağdsız ödəniş sisteminə keçidi ilə bağlı məlumat verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyunun 23-dən 204 nömrəli marşrut xətti (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi –  Ramana qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Həsən bəy Zərdabi 39, (Ramana), Yefim Saratov küç., Kişvəri Dilməqani 11, Əsildar Məmmədəliyev 76, Sabunçu qəsəbəsi Şəhər şosesi ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 

Leave a Reply