“Məşğulluq marafonu”na 388 vakansiya təqdim edilib

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na artıq 123  işəgötürən qoşulub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər əsasən xidmət, emal, kənd təsərrüfatı və tikinti sahəsi üzrə fəaliyyət göstərirlər. Onlar elektron sistemə qeyd olunan sahələr üzrə 388 vakansiya təqdim ediblər. Bu vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər: “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma