Azərbaycanda yeni fond yaradılır

Azərbaycanda Enerji effektivliyi fondu yaradılır.

Trend-in verdiyi məlumata əsasən, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanunda qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

Fond enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək.

Leave a ReplyCancel reply