Yeni yaradılan Təhsil Tələbə Krediti Fondunun kapitalı 80 milyon manatdır

İyunun 18-də təhsil naziri Emin Əmrullayev ölkə prezidentinin müvafiq fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılmasına dair brifinq keçirib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təhsil naziri məlumat verib ki, Fondun yaradılmasında əsas məqsəd ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.

Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir qeyd edib ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək. Nazirin sözlərinə görə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq. 

Təhsil naziri əlavə edib ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər. 

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma