Təhsil naziri Emin Əmrullayev yerli telekanala müsahibəsində təhsillə bağlı ictimaiyyəti maraqlandıran bir sıra sualları cavab verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir AzTv-nin “Hədəf” verilişində qonaq qismində iştirak edib.
Verilişdə təhsil naziri ilə 2020-2021-ci tədris ilinin əsas məqamları, Təhsil Tələbə Kredit Fondunun mahiyyəti, ali təhsil sahəsi üzrə icra edilən ikili diplom proqramlarının töhfəsi, müəllimlərin işə qəbulu və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.