Həftəsonu ictimai nəqliyyat hansı qaydada işləyəcək?

Bakı Nəqliyyat Agentliyi (BNA) həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı dəyişikliklərlə bağlı açıqlama yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Xatırladaq ki, Bakı metropoliteni iyunun 20-də saat 02.00-dək işləyəcək.

Leave a Reply Cancel reply