Azərbaycan rayonlarında 39 dərəcəyədək isti olacaq

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 22-25 isti, gündüz 29-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.İyunun 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 isti, gündüz 34-39 isti, dağlarda gecə 12-17 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Leave a Reply