Sabah güclü külək əsəcək


Sabah ölkə ərazisində güclü küləyin əsəcəyi, dağlıq ərazilərdə yağış və dolu yağacağı proqnozlaşdırılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında İyunun 18-dən 19-u səhərədək  şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında İyunun 18-də bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

İyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 27-30 isti, Bakıda gecə 22-24 isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 760 mm civə sütununa yükələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-40 faiz olacaq.

İyunun 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24 isti, gündüz 34-39 isti, dağlarda gecə 12-17 isti, gündüz 19-24 dərəcə isti olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma