Futbol üzrə Avropa çempionatının bu gün ki oyununa necə gedə bilərsiniz? – VİDEO

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Bakı Nəqliyyat Agentliyi (BNA) bu matçı canlı izləyəcək yerli və xarici azarkeşlər üçün stadiona hərəkət edən avtobuslar haqda məlumat təqdim edib.

Qeyd edək ki, Qara Qarayev metro stansiyasında və 28 may metro stansiyasından X1 və X2 avtobusları ilə sərnişindaşımalar saat 17.00 başlayacaq və oyunun başlamasına 30 dəqiqə qalanadək davam edəcək. Oyunun xarici azarkeşləri P21, P22 Ekspress marşrutları ilə Ağ Şəhər bulvarından və Dəniz Mall-ın qarşısında yerləşən dayanacaqdan stadiona çatdırılacaqlar.

Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub.

Leave a Reply