Bərbər və Gözəllik salonları hansı dezinfeksiya tədbirlərini görməlidirlər?

Azərbaycanda COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində kafelərin, restoranların, otellərin, bərbər və gözəllik salonlarının, repetitorların və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərən şirkət və fərdlərin infeksiyanın profilaktikasına dair metodiki vəsait mövcuddur. Bu metodiki vəsaitə əsasən bərbər və gözəllik salonlarının mütləq şəkildə görməli olduqları dezinfeksiya işləri öz əksini tapıb.

TIME rəsmi Koronavirusinfo saytına istinadən bildirir ki, qeyd edilən metodiki vəsaitdə bərbər və gözəllik salonlarının aşağıda göstərilən qaydada xidmət təqdim edə bilər:

  • Onlayn növbə qəbul sisteminin tətbiqi;
  • Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;
  • İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
  • Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
  • Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
  • Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
  • Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
  • Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;
  • Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
  • Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma