Çimərlik mövsümü ilə əlaqədar Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:
- 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
- 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
- 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;
- 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
- 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;
- 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;
- 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.