Üzümün faydası, saxlama qaydası, məhşur növləri və müalicəvi xüsusiyyətləri

Üzümün meyvəsi şəkər, sellüloz, üzvi turşular, askorbin turşusu, A, B1,B2, B6, PP, C və s. vitaminləri, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində isə çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır. Qeyri-adi dada və ləzzətə malik üzümün toxumları və yarpaqları bitki mənşəli dərmanların, habelə pəhriz əlavələrinin istehsalı üçün istifadə olunur. Bu polifenollar həm də çoxsaylı bioloji fəallığa və sağlamlıq üçün yüksək potensiala malikdir. Üzüm qabığı ilk növbədə antosiyaninlərdən, flavanollar, fenol turşulardan və stilbenlərdən (resveratrol) ibarətdir. Digər meyvə və tərəvəzlər kimi, üzüm də yaxşı lif və su mənbəyidir. Üzümdə C vitamini və manqan kimi tanınmış antioksidanlar, beta-karotin və resveratrol kimi daha az tanınan antioksidanlar da mövcuddur.

Bu xəstəliklərdə faydalıdır

Üzüm insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz bir məhsuldur. Müalicə vasitəsi kimi meyvələrindən, şirəsindən və yarpaqlarından istifadə edilir.

Üzüm tənəffüs yollarının iltihabında çox faydalıdır, eyni zamanda qan azlığında, mədə şirəsi çox olan qastritdə, bronxial astmada, maddələr mübadiləsi pozulanda, böyrək və qaraciyər xəstəliklərində, ürəyin funksional xəstəliyində, hipertoniyada və yuxusuzluqda məsləhət görülür. Meyvələrində və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və b. içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir.

Kimyəvi tərkibinə görə üzüm bir qədər ana südünə oxşayır. Belə ki, üzümdə olan üç vitamin bilavasitə qan və qanəmələgətirən sistemə aiddir: foll turşusu (B qrupuna daxil olan vitamindir) qan əmələ gətirməni gücləndirir; K vitamini qanın laxtalanma sisteminə müsbət təsir göstərir; P vitamini qan damarlarının divarlarını möhkəmləndirir və qan təzyiqini normallaşdırır.

Yadda saxlamaq lazımdır ki, üzüm dişlərin emalınıın dağılmasına səbəb olduğu üçün üzüm yedikdən sonra dişləri təmiz yumaq məsləhətdir.

Üzümü necə seçməli?

Üzüm seçərkən nəzərə alınmalıdır ki, onun üzərindəki qəhvəyi nöqtələr və piqmentasiya heç də meyvənin keyfiyyətsizliyindən xəbər vermir. Sadəcə meyvənin zədəli olmamasına diqqət yetirmək lazımdır. Tər üzüm giləsinin qabığının üzərində ağımtıl ərp olur. Qabığı qalın, meyvəsi bərk olan üzümlər daha uzun müddət qalır. Bundan başqa, tünd rəngli üzümlər açıq rənglilərdən uzunömürlüdür.

Üzümü necə saxlamalı?

Üzümün saxlanması XIX əsrin sonu, XX əsrin əvvəllərindən geniş yayılmağa başlamışdır. Hazırda üzümün bir neçə saxlanma üsulları mövcuddur: müxtəlif qablaşdırma materiallarından istifadə etməklə, dondurulmuş halda, parafində, antiseptiklərdən və qamma şüalarından istifadə etməklə. Üzümü yaza qədər saxlamaq üçün müxtəlif xalq üsullarından istifadə edilmişdir. Bunlardan ən geniş yayılanı bandaq üsuludur. Tətbiq edilən digər üsul üzüm salxımını öz yarpağına bükərək, torpağa basdırmaqdır. Bütün bunlardan başqa, Gəncədə, Ordubadda, Abşeronda üzümün kəhrizlərdə də saxlanması məlumdur. Bu üsulun üstünlüyü əlavə xərcin olmaması, məhsulun təravətinin, dad və keyfiyyətinin itməməsidir. Mətbəx soyuducusunda 1-2ºC temperaturda üzüm 2-3 həftə saxlanıla bilər.  

Abşeronun məşhur yerli üzüm növləri

Abşeron üzümçülük sahəsi bir sıra spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər yarımadanın yerləşdiyi ərazi, torpaq-iqlim şəraiti ilə səciyyələnir. Abşeronda üzümlüklər qumda bitir və 50-dən artıq üzüm növü yetişdirilir. Onlardan əsasları “Ağ şanı”,  “Qara şanı”, “Sarıgilə”, “Xatını”, “Pişraz”, “Göybəndam”, “Qızıl üzüm”, “Kişmişi” və “Dərbəndi” növləridir. Digər regionlarla müqayisədə Abşeronda bir çox növlər bu günədək qorunub saxlanıb. Çünki burada sənaye üzümçülüyü olmayıb. Hazırda yarımadada həyətyanı bağ sahələrində bu növlərin hər birini tapmaq mümkündür. Maraqlıdır ki, şirinlik dərəcəsinə görə “Şanı” bütün digər növləri geridə qoyur. Bu, ilk növbədə, qeyd etdiyimiz kimi Abşeronun torpaq-iqlim şəraiti, həmçinin regionun “qızıl torpağı”ndakı kompleks mikroelementlərlə bağlıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma