“Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu” – VİDEO/FOTO

15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Təmiz səma, sağlam həyat, avtomobilsiz həftə sonu” devizi altında “Sürəyənlər” velosiped qrupu Bakıdan Abşeron milli parkına yürüş edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Abşeron milli parkının və “Sürəyənlər” velosiped qrupunun birgə təşəbbüsü ilə keçirilən yürüşün məqsədi Milli Qurtuluş gününü qeyd etməklə ölkədə ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təşviqinə çalışmaq, nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin azaldılmasına töhfə vermək, eyni zamanda ekoloji turizmi təbliğ etməkdir.

Həftə sonunu Abşeron Milli Parkında keçirən veloyürüş iştirakçılarının hər biri rəmzi hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, dünyanın bütün meqapolislərində, o cümlədən Bakıda avtomobillərdən havaya atılan tullantılar atmosferin çirklənməsinin 70-80 faizini təşkil edir. Bu baxımdan Azərbaycanda artıq ənənəyə çevrilən veloyürüşlərin təşkili və elektrik avtomobillərinin təşviqi atmosfer havasının təmizliyinə, istilik effekti yaradan qaz tullantılarının azaldılmasına yönəlmiş önəmli tədbirlərdəndir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma