Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir

“Neftçilər” m/s – “Bakıxanov” dəmiryolu stansiyası üzrə hərəkət edən daha bir marşrut xətti avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

TIME Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatına istinadən bildirir ki, iyunun 15-dən 76 nömrəli marşrut xətti (“Neftçilər” metrostansiyası – Bakıxanov dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Eldar Xəlilov küç., Sülh küç., Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), X.Xasməmmədov 78A (Bakıxanov qəs.), Nazim İsmayılov 7 (Bakıxanov qəs.), Əzim Əzimzadə 34/64 (Nizami rayonu), Sakit Qocayev küç. (Suraxanı rayonu) ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 

Leave a Reply