Ərdoğanla Baydenin görüş”ü başa çatıb

Bu gün Brüsseldə keçirilən NATO sammiti çərçivəsində Türkiyə-Amerika danışıqları baş tutub.

Xarici mətbuatın verdiyi məlumata əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Prezidenti Co Bayden arasındakı kiçik və geniş tərkibdə görüşlər təxminən bir saat yarım davam edib.

Co Bayden, Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşü “çox müsbət” adlandırdı.

Danışıqlara Türkiyə tərəfi adından Xarici İşlər Naziri Mevlut Çavuşoğlu, Milli Müdafiə Naziri Hulusi Akar, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik, Prezident Administrasiyası Əlaqə Ofisinin rəhbəri Fahrettin Altun, Prezidentin Mətbuat Katibi İbrahim Kalın və Vaşinqtondakı səfir Murat Mercan iştirak ediblər.

Türkiyə prezidenti görüşdən öncə Amerika lideri ilə görüşü zamanı beşinci nəsil F-35 təyyarələrinin yaradılması proqramında Ankaranın iştirakı mövzusunu müzakirə etməyi planlaşdırdığını söyləyib.

Ərdoğan, eyni zamanda, ABŞ-ın yeni rəhbərliyinin 1915-ci il Osmanlı İmperiyasında baş verən hadisələrə münasibətindən təəssüfləndiyini dilə gətirib.

Eyni zamanda Ağ Evin nümayəndələri, Ərdoğanla görüşdə Əfqanıstan, Suriya və Liviya mövzusunu gündəmə gətirəcəyini, Türkiyəyə S-400 hava müdafiə sistemlərinin tədarük edəcəyini söyləyiblər.

Sammit çərçivəsində Türkiyyə Prezidenti Brüsseldə Fransa, İngiltərə, Almaniya və Yunanıstan liderləri ilə danışıqlar aparıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma