WhatsApp-da yeni dələduzluq cəhdi qeydə alınıb

Azərbaycanda WhatsApp istifadəçilərini aldadaraq onların bank kartlarının məlumatlarını əldə edən “Addel kadr” dələduzluq hadisəsi qeydə alınıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aşağıda göstərilən şəkildən göründüyü kimi, kiber dələduzlar bu dəfə iş axtaran insanları, onları işə qəbul etdiklərini deyərək, aldadıb yerli banklardan birində bank hesabı açmağı tələb edirlər. Davam olaraq isə, çox böyük ehtimala görə, yeni işə qəbul etdikləri işçinin bank kartının məlumatlarını öyrənərək, öz məqsədlərində istifadə etmək olacaq.

Leave a Reply