İşgüzar insanlar üçün İdarəetmə kitabları saytı yaradılıb

Artıq işgüzar insanlar üçün nəzərdə tutulmuş 3 idarəetmə kitabı yeni sayta yerləşdirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Socar Türkiyə”nin təşkilatçılığı ilə “PocketBook” layihəsi və saytının təqdimatı, həmçinin sahibkarlarla görüş keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarda iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev “Pocketbook” layihəsi müəssisələrin idarə edilməsində, kadrların əmək fəaliyyətinin stimullaşdırılmasında faydalı olacağını vurğulayıb, layihə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirilib ki, layihə müasir iş dünyasında lazımi bilik və bacarıqların təkmilləşdirilməsi, “İdarəetmə kitabları”ndan hər bir vətəndaşın elektron formatda faydalanması imkanı yaradacaqdır. Layihəyə daxil olan kitablar marketinq, bazar araşdırması, büdcənin tərtib edilməsi, müştəri xidmətləri, komandanın qurulması, qərarların qəbul edilməsi və s. bilik və bacarıqları əhatə edir.

Bundan başqa, ümumilikdə 103 kitabın Azərbaycan dilinə tərcümə olunaraq sayta yüklənəcəyi vurğulanıb.

Sonda “Pocketbook” layihəsinin təqdimatı keçirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma