“Himayədar ailə” olmaq istərdinizmi? -SORĞU

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yeni “Himayədar ailə” layihəsi ilə bağlı yeni modelin tətbiqi ilə bağlı sorğu keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilk bazasının yaradılması işlərinə başlanıb.

“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir.

Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə Nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər.

1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün linkə daxil olmaq lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma