Paşinyan növbəti hiyləgər oyununu oynadı

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan oğlu Aşotun Bakının tutduğu bütün erməni məhbuslarla dəyişdirilməsi təklifinin Azərbaycana çatdırılmasını tapşırıb.

TIME Sputnik-Ermənistana istinadən xəbər verir ki, bunu o, Şirak rayonunun Mets Mantaş kəndində vətəndaşlarla görüşündə bildirdi.

“Müvafiq orqanlara təklifimizi Azərbaycan tərəfinə rəsmi şəkildə çatdırmağı tapşırdım” deyərək, Paşinyan, Ermənistan rəhbərliyinin məhbusları vətənlərinə qaytarmaq üçün çalışdığını əlavə etdi, ancaq bunun prosesi çətinləşdirə biləcəyini qeyd edərək təfərrüatlarını açıqlamadı.

Qeyd edək ki, bu çox hiyləgər bir oyundur, bu təkliflə Paşinyan Azərbaycan dövlətini qirov saxlayan bir qurum səviyyəsinə endirmək istəyir, halbuki ölkəmizdə saxlanılan erməni məhbuslar artıq sübut edilmiş cinayətlərə görə cəza çəkirlər, onlar Azərbaycan ərazisində döyüş əməliyyatları bitdikdən sonra terror aktı törətmək cəhdlərinə görə saxlanılaraq, hərbi cinayətkar kimi cəza evinə yerləşdiriliblər.

Ermənistan mətbuatının verdiyi məlumata əsasən, bu addımı atmağı Paşinyana Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan təklif edib və Paşinyan oğlunu əsir götürülmüş bütün ermənilərlə dəyişdirməyə hazır olduğunu bildirib.

Onuda qeyd etmək lazımdır ki, bu çıxışı Paşinyan Azərbaycan rəhbərliyinin mərhəmətinə ümidlə edib, o əmindir ki, onun oğlu Aşot üçün Bakı Yerevandan daha təhlükəsiz bir yerdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma