Milli Məclis “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edib

Bu gün, 8 iyun 2021-ci il tarixində, «Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 mln. manat proqnoza qarşı 24681,7 mln. manat və ya 102,3 faiz icra, dövlət büdcəsinin xərcləri 27492,2 mln. manat proqnoza qarşı 26416,3 mln. manat və ya 96,1 faiz icra edilib.

Strukturuna görə 2020-ci il dövlət büdcəsi xərclərinin 16656,9 mln. manatı və ya 63,1 faizi cari xərclərə, 8033,2 mln. manatı və ya 30,4 faizi əsaslı xərclərə, 1726,2 mln. manatı və ya 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2020-ci il dövlət büdcəsinin kəsiri 1734,6 mln. manat  təşkil etmişdir ki, bu da proqnozlaşdırılan kəsrdən 1633,5 mln. manat az olmuşdur.

2020-ci ilin sonuna vahid xəzinə hesabının sərbəst qalığı 1526,1 mln. manat təşkil etmişdir.

Dövlət büdcəsinin icrası ilə bağlı daha ətraflı məlumatla burada tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma