Yeni tərəvəz sortları dequstasiya edilib

Dequstasiyası keçirilmiş tərəvəzlər arasında ağ bibər, yaşıl pomidor, içi ağ pomidorlar görünüşlərinə görə maraq doğururlar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib. Tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin məsul şəxsləri, Nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Yeni yaradılmış sortlar haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat veriblər.

Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor,  bibər,  xiyar və kartof bitkilərinin yeni sortları təqdim olunub. Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Yeni sortlar bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, burada meyvələrin dad keyfiyyəti, əmtəllik forması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə beş ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma