Səbayıl rayonunda kitab oğruları saxlanılıblar – VİDEO

Paytaxtın Səbail rayonunda yerləşən kitab mağazalarından birindən oğurluq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. 

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Leave a Reply Cancel reply