Magistral su kəmərində qəza nəticəsində Kürdəmir susuz qaldı

Külüllü-Kürdəmir magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Leave a ReplyCancel reply