Şuşa şəhərində mədəni irsimizin bərpası istiqamətində yeni layihə həyata keçirilir – VİDEO/FOTO

Heydər Əliyev Fondunun Şuşa şəhərində bərpa işləri çərçivəsində yeni layihə həyata keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Heydər Əliyev Fondunun Şuşa şəhərində hazırda həyata keçirdiyi yeni layihə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işlərinin yerinə yetirilməsini nəzərdə tutur.

Şuşa Xalça Muzeyi, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə fəaliyyətə başlamışdır.

Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi.

Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.

Leave a Reply Cancel reply