Sabah hava küləkli olacaq

Ölkə ərazisində havanın kəskin dəyişəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında iyunun 02-si axşamdan 04-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 02-si axşamdan 04-ü səhərədək bəzi rayonlarda qərb küləyinin 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

İyunun 03-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 , gündüz 45-50 faiz olacaq.

İyunun 03-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma