Milli qiymətləndirmədə ən yaxşı nəticə göstərən şəhərlər müəyyən edilib

Milli qiymətləndirmənin nəticələri təhlil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Təhsil İnstitutu tərəfindən 5-12 mart tarixlərində keçirilən milli qiymətləndirmənin nəticələri təhlil edilib.

Nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstəriblər. Regionlar üzrə aparılan müqayisənin nəticələrinə əsasən, ən yaxşı nəticəni Gəncə (64,7 faiz), Şirvan (63,8 faiz) və Xırdalan (61,8 faiz) şəhərləri göstərib.

Tədqiqatın nəticələri sinif və fənlər üzrə təhlil edildiyi zaman III sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi ingilis dili fənni, VI sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi fizika fənni, VII sinifdə oxuyan şagirdlərin ən yüksək orta müvəffəqiyyət göstəricisi isə Azərbaycan dili fənni üzrə qeydə alınıb.

Qeyd edək ki, sözügedən milli qiymətləndirmə respublika üzrə 20 regionda III, VI və VII  siniflərdə oxuyan 7102 şagird arasında keçirilmişdi.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma