15 tələbə “IT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) ”StrategEast” təşkilatı ilə birgə “IT HUB Azərbaycan” layihəsinə start verib. Layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, baş ofisi ABŞ-da yerləşən “StrategEast” Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının surətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

Layihənin üstün tərəflərindən biri də ondan ibarətdir ki, təlimi müvəffəqiyyətlə bitirmiş tələbələr Azərbaycanda qalmaqla, iştirakçı xarici şirkətlərdə işlə təmin olunmaq imkanı əldə edirlər.

4SİM-in təşkilatçılığı və əlaqələndirilməsi, Təhsil Nazirliyinin dəstəyi ilə ilkin mərhələ üçün seçilmiş 3 universitetdən (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti) 30-dan artıq tələbə seçim prosesində iştirak edib, onlardan 15 nəfəri qlobal texnologiya şirkətləri tərəfindən keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər, ilk mərhələdə ödənişsiz olmaqla, 4-8 ay müddətində onlayn şəkildə “QA mühəndislik”, “FrontEnd” və “Java” üzrə qruplarda keçiriləcək. Artıq “QA mühəndislik” üzrə təlimlərə başlanılıb.

Gələcəkdə layihənin daha da genişləndirilməsi və iştirakçı şirkətlərin Azərbaycanda filiallarının yaradılması nəzərdə tutulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma