Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə 536 şəxs işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır. Göndəriş verilən şəxslərlə işəgötürənlər arasında artıq əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar.

Proqramda iştirak üçün bu günədək 71 işəgötürən ilə müqavilə imzalanıb və iş yerlərinə göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6  linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma