Uşaq və qadınlara qarşı zorakılıqla bağlı dövlət qurumlarına müraciət edilib

Ölkədə azyaşlı qızların erkən evləndirilməsi və ana olmasına dair faktlar bizi çox narahat edir.

Trend-in verdiyi məlumata əsasən, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq: “Söhbət nikahdan deyil, erkən evlilikdən gedir. Qanunla erkən nikahdan söhbət gedə bilməz. Bu kimi erkən evlilik faktları gizli gedən proseslərdir. Lakin qeyd etməliyəm ki, 2010-2011-ci illərdən bu yana Komitə və aidiyyatı qurumlar tərəfindən görülən tədbirlər nəticəsində bu faktlar azalmaqdadır. Elə bu faktların ən pik həddi də məhz 2011-ci ilə təsadüf edir”.

Komitə sədri qeyd edib ki, maarifləndirmə tədbirlərinə, inzibati və digər cəzalara rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir:

“Çox təəssüf ki, bu kimi məsələlər bəzi hallarda yaşlı nəslin nümayəndələrinin normal bilib, reallaşdırdığı hadisə olsa da, bəzi hallarda bunu təhsilli, cavan ailələrdə də müşahidə edirik. Düşünürəm ki, bu artıq adət-ənənədən kənara çıxır. Sadəcə bunun cinayət olduğunu bilərək əhəmiyyət vermədən reallaşdırmaq faktı kimi qəbul edilməli və cinayət qanunvericiliyi ilə qiymətləndirilməlidir. Biz bu məsələdə yanaşmaların və cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi fikirlərimiz var, amma bu təkcə bizim istəyimizdən asılı deyil. Müvafiq dövlət orqanları bizim mövqeyimizi dəstəklədiyi və bu məsələyə parlamentdə baxıldığı və qanunvericiliyə dəyişiklik edildiyi halda cəzalar sərtləşdirilə bilər. Amma indiki halda düşünürəm ki, ən sərt cəza ictimai qınaqdır.”

Komitə sədri uşaq və qadınlara qarşı zorakılıqla bağlı dövlət qurumlarına müraciət edib. B. Muradovanın sözlərinə əsasən uşaqlara və qadınlara qarşı zorakılıq və cinayətlərlə mübarizə təkcə komitənin səlahiyyətində olan məsələlər deyil. O, bunu Bakıda 1 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Dövlətimiz bu məsələlərlə bağlı zəruri olan bütün tədbirləri həyata keçirir. Çox təəssüf ki, uşaqlar və qadınlara qarşı bu kimi cinayət faktları mövcuddur. Bu cinayət aktıdır və cinayət qanunvericiliyi ilə tənzimlənir. Bu məsələlərdə müvafiq qurumların hər birinin özünəməxsus səlahiyyəti var. Bizim komitə isə bu sahədə müvafiq qurumları əlaqələndirici rolu oynayır. Buna görə suallar daha çox bizə yönəlir. Bunun üçün lazımi qanunverici baza var, hər kəs öz öhdəliklərini bilir. Bu istiqamətdə tədbirlər həyata keçirir. Komitə öz səlahiyyətləri çərçivəsində məsələləri nəzarətdə saxlamağa, qanunvericiliyin tələblərini qorumağa və bu istiqamətdəki səyləri birləşdirməyə yönəlik fəaliyyət göstərir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma