Ekoloji nöqtədən təmiz və çirklənməyə məruz qalmış çimərliklər hansılardır?

Bakı və Abşeronda istifadəsinə icazə verilən və qadağa qoyulan çimərliklərın siyahısı açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin “Ekspert saatı” verilişində deyib ki, Azərbaycanda çimərliklərdə monitorinqlər davam etdirilir.

O bildirib ki, ETSN Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə monitorinq aparır: “Monitorinqlər hər 15 gündən bir davam etdiriləcək. Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi baktereoloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər. Digər çimərliklərdə aparılan tədqiqatlar davam etdirilir. İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.

Verilişdə eyni zamanda çirklənmiş çimərliklər haqda ilkin məlumat təqdim edilib: “Yaxın iki həftə ərzində ilkin nəticələrin açıqlanması planlaşdılır. Hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsinə müvəqqəti qadağa qoyulub. Monitorinqlər kompleks keçirilir. Biz hazırda dəniz suyunda fiziki-kimyəvi göstəricilər, taksikoloji göstəricilər və qum örtüyündə yoluxucu xəstəliklərin olub-olmadığını analiz edirik”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma