Şifrələrinizin sızdırılıb-sızdırılmadığını necə yoxlamaq olar ?

Google Password Checkup xidmətinə malikdir: o, sistemdə saxlanılan şifrələrdə sızmaların olub-olmadığını yoxlayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sistemin 4 mlrd-dan çox istifadəçinin şifrələrindən ibarət olan böyük məlumat bazası mövcuddur.

İstifadəçinin şifrəsi sızdığı halda, çox güman ki, Checkup xidmətinin artıq bu barədə məlumatı var. Bunu dəqiq yoxlamaq üçün passwords.google.com ünvanına keçərək, istifadəçi “Parolları yoxla” (“Check Passwords”) düyməsinə basaraq şəxsiyyətini təsdiq etməlidir. Bundan sonra sistem istifadəçiyə yalnız sızdırılımış şifrələri deyil, hələ də təhlükəsizlikdə olanları da göstərəcək.

Xidmətin daha bir müsbət tərəfi ondan ibarətdir ki, Google təkrarlanan və sadə şifrələri göstərəcək ki, istifadəçi onlara diqqət yetirib dəyişsin.

Leave a Reply