Cənubi Qafqaz regionuna sülh sazişi lazımdır – Sabiq nazir

Cənubi Qafqaz regionuna sülh sazişi lazımdır.

Trend-in verdiyi məlumata əsasən, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Trend BİA tərəfindən təşkil olunmuş “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri veb-konfransının yekunları” mövzusunda onlayn-konfrans zamanı deyib.

Sabiq nazir bildirib ki, Avropa ilə Çin arasında yol bu regiondan, xüsusilə də Ermənistandan keçir, amma bunun üçün regionda sülh və təhlükəsizlik lazımdır.

H. Çətin bildirib ki, ATƏT Minsk qrupu 30 il ərzində heç bir şey etməyib, münaqişənin həllini tapa bilməyib, ona görə bu qurumu unutmaq lazımdır. Onun sözlərinə görə, o, bu məsələ ilə 1991-ci ildən, nazir olduğu vaxtdan məşğul olur: “Biz şadıq ki, 2020-ci ildə Azərbaycan hökuməti bu problemi həll edə bildi. Heç kim bunu hərbi yolla həll etmək istəmirdi, amma təəssüf ki, başqa yol yox idi”.

Leave a Reply