“8 Noyabr” stansiyasının ilk iş günü necə başlayıb

Bu gün may ayının 31-də Bakı metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış və mayın 29-da istifadəyə verilmiş stansiyası sərnişinlərinə xidmət göstərməyə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, metronun “Avtovağzal” stansiyasından başlanan və Xocəsəndən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi – “Memar Əcəmi-8 Noyabr” mənzili şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulub.

Beləliklə, hazırda metropoliten xətlərinin uzunluğu 40 km-ə yaxınlaşıb. Sərnişinlər bu stansiyadan istifadə edərək, xətt boyunca “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarına qədər birbaşa hərəkət edə bilərlər. Metropolitenin digər xətləri üzrə hərəkət etmək üçün Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasından Yaşıl xəttin “Memar Əcəmi” stansiyasına keçməli və yollarını seçdikləri istiqamət üzrə davam etdirməlidirlər.
“8 Noyabr” stansiyasının ilk sərnişinləri metronun fəaliyyətinin bərpasından, yeni stansiyanın açılmasından və onun adının tarixi əhəmiyyətindən məmnunluqlarını və qürur hissi keçridiklərini deyiblər.

Leave a Reply Cancel reply