Peşə təhsili müəssisələrində daimiləşmə üzrə müsahibə mərhələsi başlanılıb

Peşə təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iki gün davam edəcək müsahibədə müvafiq fənlər üzrə ümumilikdə 32 ümumtəhsil fənn müəllimi iştirak edir. Sözügedən mərhələ üzrə yaradılan müsahibə komissiyasının tərkibi Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrinin rəhbərləri, hər bir ümumtəhsil fənn üzrə mütəxəssis və psixoloqdan ibarətdir. 

Müsahibələr onlayn formatda təşkil edilir. 

Seçim zamanı müsahibə komissiyası tərəfindən iştirakçının ixtisas, pedaqoji və tədrislə bağlı bilik və bacarıqlarının qiymətləndirilməsi, müsahibədə uğur qazanmış müəllimlərlə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Qeyd edək ki, cari tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq mərkəzləşdirilmiş test mərhələsi təşkil edilib və müəllimlərin işə qəbulu imtahanı nəticələrinə əsasən, müvafiq namizədlər peşə təhsili müəssisələrində vakansiyalar üzrə yerləşdirilib.  Lakin pandemiya şəraiti ilə əlaqədar olaraq, sözügedən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması üçün müsahibə mərhələsinin təşkili baş tutmamışdı. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma