Naxçıvana müntəzəm reyslərlə sərnişindaşımalar tezliklə bərpa ediləcək

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Naxçıvana müntəzəm avtobus reyslərinin bərpası ilə bağlı məlumat verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Naxçıvana müntəzəm reyslərlə sərnişindaşımaların bərpası tezliklə gözlənilir:

“Əziz dostlar, dəyərli sərnişinlər! Hər kəsin gözlədiyi xəbərlərdən biri də Naxçıvana müntəzəm xətlərin bərpası ilə bağlıdır. Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Tezliklə NMR-na səfərlər bərpa ediləcək”.

Leave a Reply