Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı açıq elan edilib

Bakıda keçirilən Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı açıq elan edilib.

Trend-in verdiyi məlumata əsasən, açılış mərasimində iştirak edən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasili Titov bu tədbirin təşkilinə görə Azərbaycan dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edib.

O deyib: “Xanımlar və cənablar,

Əziz dostlar,

Beynəlxalq Gimnastika Federasiyası adından bildirmək istərdim ki, bu gün Bakıda başlayan Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatını açıq elan etmək bizim üçün çox xoş və qürurvericidir.

Dünyanın hər yerindən olan iştirakçıları, onların məşqçilərini, hakimlərini və bu ecazkar idman növünün azarkeşlərini salamlamaqdan xoşbəxtəm.

Biz, Beynəlxalq Gimnastika Federasiyası, bu çətin şərtlərə baxmayaraq hamınızın bu gözəl şəhərə yarışmaq üçün gəlməyinizdən son dərəcə məmnunuq.

Əminəm ki, ildən-ilə mötəbər beynəlxalq idman tədbirlərinə uğurlu ev sahibliyi edən Milli Gimnastika Arenasındakı yarışlar bütün iştirakçıların və qonaqların yaddaşında qalan gənclik və sevinc bayramına çevriləcəkdir.

Bu irimiqyaslı idman tədbirinin təşkilində göstərdikləri böyük dəstəyə görə Azərbaycan Dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm.

İdmançılara uğurlar diləyirəm və ən güclülər qalib gəlsin deyirəm.

Bakıda baş tutan 2021-ci ilin Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatını açıq elan etməkdə şərəf duyuram!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma