İlk dəfə Bakı aerobika gimnastikası üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

Sabah ilk dəfə aerobika gimnastikası üzrə Dünya Çempionatı Bakı ev sahibliyi edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biri, 27-29 may tarixlərində keçiriləcək, aerobika gimnastikası üzrə Dünya Çempionatıdır.

Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa Çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə Dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açacaq.

İlkin qeydiyyat siyahısına əsasən yarışda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Yarışlar haqqında mütəmadi olaraq yenilənən məlumatlar saytımızda (https://agf.az/az/competitions/) əks olunacaq.

Leave a ReplyCancel reply