İldırım çaxan zaman nə etməlisiniz?

Şiddətli gurultu və parlaq qığılcımla (şimşəklə) müşayiət olunan ildırım həm də yüksək gərginlikli elektrik boşalması olduğundan insan üçün ölümcül təhlükə yaradır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladır.

İldırım çaxan zaman nə etməlisiniz?

– evdəsinizsə, sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın, evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;

– telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmayın;

– elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;

– yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);

– daldalanmaq üçün hündür ağacların altında gizlənməyin. Nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;

– yüksəklikdə, yaxud düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çökək yerə enib, dizlərinizi qucaqlayaraq oturun;

– su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;

– avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;

– traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və onlardan ən azı, 30 metr aralanın;

– qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma