Azərbaycan və Türkiyənin vahid rəqəmsal media platforması yaranıb – VİDEO

44 günlük Vətən müharibəsində Azərbaycana Türkiyə qədər dəstək olan ölkə olmayıb. Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar.

Trend-in verdiyi məlumata əsasən, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.İsmayılov bildirib: “Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir.

Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir. Bu gün dünyada bir-birinə bizim qədər yaxın olan dövlət yoxdur. Çünki bizi birləşdirən qədim tariximiz var. Biz bir kökün, bir soyun daşıyıcılarıyıq”.

İcraçı direktor vurğulayıb ki, ölkələrimizin rəhbərlərinin verdiyi qərarlarla ötən ilin sentyabr ayında Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibində olduğumuz nümayəndə heyəti qardaş ölkənin mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib. Səfər çərçivəsində hər iki ölkə arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi:

“Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media səhəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiq edildi.

Bu gün artıq deyə bilərik ki, biz vahid media platformamız var. Bu platforma Azərbaycan və Türkiyə üçün olduqca əhəmiyyətlidir. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır”.

Ə.İsmayılov qeyd edib ki, bu platforma bizə imkan verir ki, Azərbaycan həqiqətləri Türkiyə mediasi ilə də bütün dünyaya çatdırılsın. Eyni zamanda Azərbaycan mediası da Türkiyə mediasının məlumatlarını keçmiş sovetlər birliyi ölkələrinə çatsın:

“Bügünkü anlaşma da Azərbaycan -Türkiyə birliyinin təcəssümüdür. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma konpaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türkdilli ölkələrin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik. Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir. Birliyimiz sayəsində daha böyük layihələr həyata keçirəcəyik. İnanırıq ki, bu razılaşma mövqelərimizin daha da möhkəmlənməsinə təkan verəcəkdir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma