Ölkədə şpris istehsalı artırılır

Pirallahı Sənaye Parkının rezidenti məhsul çeşidlərinin sayını artırır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsi fəliyyətini genişləndirir.

Hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda hazırda 60-a yaxın işçi çalışır. Yaxın vaxtlarda zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

Bundan başqa, “Diamed Co” MMC yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar – insulin şprisləri, 1qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma