Orqanizmdə kalsium balansını qorumaq üçün nə etməlisiniz?

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası növbəti mövzusu kalsium çatışmazlığının aradan qaldırılmasında qidalanmanın rolu haqqındadır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, kalsium (Ca) orqanizm üçün vacib makroelementlərdən biridir. Bu mineral maddə sümükləri, dişləri və birləşdirici toxumaları möhkəmləndirmək, eləcə də əzələlərin aktiv hərəkətini idarə etmək, ürək fəaliyyətini tənzimləmək, qanın laxtalanma prosesini normallaşdırmaq və hüceyrələr arasındakı sinir impulslarını asanlıqla ötürmək baxımından orqanizm üçün zəruri hesab olunur.

Sağlam və yetkin bir insan orqanizmində orta hesabla mövcud kalsiumun ümumi miqdarının təxminən 99 %-i əsasən diş və sümüklərdə cəmləşir, qalan 1 %-i isə qan və digər toxumalarda saxlanılır. Qanda kalsiumun səviyyəsi orqanizm tərəfindən daima tənzimlənir. Belə ki, qida rasionumuzda kifayət qədər kalsium ehtiva edən məhsullar istehlak edilmədiyi halda, bədən bu mineral maddəni sümüklərdən qan dövranına keçirir. Həmçinin kalsium yaşlanma, bir sıra hormonal və irsi xəstəliklər səbəbindən orqanizm tərəfindən az mənimsənilə bilər ki, bu da yenidən kalsium çatışmazlığına yol açır.

Kalsium mübadiləsi pozulduqda orqanizmdə onun səviyyəsi həm azala, həm də çoxala bilər. Kalsiumun qandakı miqdarı olduqca aşağı düşərsə, kalsium defisitinə və ya hipokalsemiyaya səbəb olur. Bu zaman insanda iştahasızlıq və qidalanma pozuntusu, anoreksiya, əzələdə qıc olmalar və ya zəiflik, barmaqlarda uyuşma, qeyri-stabil ürək döyüntüləri kimi problemlər yaranır. Kalsiumun nəinki çatışmazlığı, artıqlığı zamanı da orqanizmdə müxtəlif problemlər meydana gələ bilər.

Qeyd edək ki, qanda kalsiumun səviyyəsinin yüksək olması hiperkalsemiya adlanır və bu, böyrək daşı, qəbizliklə yanaşı, zəiflik, yorğunluq, ürək bulanması, qusma, nəfəs darlığı, sinə ağrısı, nizamsız ürək döyüntüsü kimi əlamətlərlə müşahidə edilir.

Orqanizmin kalsiuma olan tələbatını ödəmək üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Belə ki, gün ərzində süd, pendir, qatıq kimi kalsiumla zəngin qidaları istehlak etmək faydalıdır. Həmçinin portağal suyunun, balqabaq, sarımsaq, yaşıl yarpaqlı tərəvəzlərin (xardal, kahı, kələm, ispanaq), paxlalılar və taxıl məhsullarının, eləcə də bir sıra balıq və dəniz məhsullarının müntəzəm istehlakı orqanizm üçün zəruri olan kalsium ehtiyacının ödənməsi üçün əhəmiyyətlidir. Qeyd edək ki, sərt pendirin tərkibinə nəzər yetirdikdə, onun 100 qr-da 1 q kalsium, süd və qatıqda isə 100 qr-da 180 mq-a qədər kalsium mövcuddur. Taxıllarda isə 100 qr-da 30 mq, lakin tərkibi zənginləşdirildikdə, bu miqdar 100 qr-da 180 mq-a çata bilər. Badam, küncüt və çia toxumunun isə hər 100 qr-da kalsiumun miqdarı 250-600 mq arasında dəyişir.

Fərqli mənbələrdən kalsium üçün pəhriz istinad dəyəri aşağıdakı cədvəldə verilir:

YaşBöyük Britaniya (SACN)ABŞ və Kanada (IOM)FAO/WHOAvropa (EFSA)
Təxmini orta tələb (mq / gün)Tövsiyə olunan qida qəbulu (mq / gün)Təxmini orta tələb (mq / gün)Tövsiyə olunan qida qəbulu (mq / günTəxmini orta tələb (mq / gün)Tövsiyə olunan qida qəbulu (mq / günOrta tələb (mq / gün)Əhali referans qəbulu
0–6 ay400525 200 (AI)240–300300–400  
6–12 ay400525 260 (AI)240–300300–400 280 (AI)
1–3 yaş275350500700 500390450
4–6 yaş3504508001000440600680800
7–10 yaş4255508001000 1300680800
Kişilər 
11–14 yaş750100011001300104013009601150
15–18 yaş750100011001300104013009601150
19–24 yaş525700800100084010008601000
25–50 yaş52570080010008401000750950
50 yaş52570080010008401000/1300750950
Qadınlar 
11–14 yaş62580011001300104013009601150
15–18 yaş62580011001300104013009601150
19–24 yaş525700800100084010008601000
25–50 yaş52570080010008401000750950
50 yaş525700100012008401000750950
Hamilələr
14 – 18 yaşHamilə olmayanlarla eynidirHamilə olmayanlarla eynidir11001300**Hamilə olmayanlarla eynidirHamilə olmayanlarla eynidir
19 yaş və daha  çoxHamilə olmayanlarla eynidirHamilə olmayanlarla eynidir80010009401200Hamilə olmayanlarla eynidirHamilə olmayanlarla eynidir
Laktasiya550 üzəri550 üzəri1100/8001300/100010401000Hamilə olmayanlarla eynidirHamilə olmayanlarla eynidir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma