Azərbaycan travmatologlarının 44 günlük müharibədə gəhrəmanlığı

İstənilən fövqəladə vəziyyət, müharibə, təbii fəlakət, pandemiyə insanların normal şəraitdə nəzərə çarpmayan gizli olan müsbət və mənfi daxili potensialını üzə çıxarır. Ötən il Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi də ölkəmizin tibb işçilərinin bilik və bacarıqlarını yerli yerində göstərmək üçün bir imkan olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov müsahibəsində qeyd edib ki, müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Baş travmatoloq eyni zamanda Ümümdünya Travmotoloq gününün mahiyyətindən, bu sahədə ağır sayılan əməliyyatlardan, travmatologiyada qızıl saat anlayışından və bu sənətin təzadlı tərəflərindən bəhs edib.

İlqar doktor mayın 20-i Ümümdünya Travmotoloq günü kimi qeyd edilir. Bu günün mahiyyəti haqqında məlumat verməyinizi xahiş edirik

Travmatologiya” termininin yunan mənşəli məzmunu – yaraları və yaralanmaları, onların qarşısının alınmasını və müalicə metodlarını araşdıran bir elmdir.

Travmatologiya müxtəlif tibb sahələri ilə əlaqələndirilir və bu əlaqə zədənin lokalizasiyası ilə müəyyən edilir, yəni bədənin və ya orqanın mexaniki təsir nəticəsində yaralanan hissəsi, yaralanma şəraiti, mövcud və mümkün nəticələri, xəstənin ümumi vəziyyəti, xroniki xəstəliklərin və əks göstərişlərin olması kimi. Septik, irinli, yanıq əməliyyatı, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər tibb sahələri travmatologiya ilə yaxından əlaqəlidir.

Fəaliyyəti travmatologiya və ortopediya ilə əlaqəli olan dünyanın hər yerindəki həkimlər hər il peşə bayramlarını – Travmatoloq Gününü qeyd edirlər.

Travmatologiya, ayrı bir tibb sahəsi olaraq, qədim dövrlərdə meydana gəlməyə başladı. Bunun səbəbi insanların gündəlik həyatda, qəzalar, idman zamanı və ya müharibə zamanı aldığı müxtəlif yaralanmalardır. Daha sonra isə başqa bir tibb sahəsinin – cərrahiyyənin meydana gəlməsi onun əsasında baş verdi. Əsas travmatologiya sahəsində inkişaf və daha dəqiq diaqnoz rentgenin kəşfi ilə başladı.

Ortopediya və travmatologiya sahəsində ümumi dəyərləndirsək ağır əməliyyatlar hansılardır?

Onurğa cərrahiyəsi – bu travmalar uzun saat baş tutan əməliyyatlardır. Daha sonra çanaq sınıqları çox ağır əməliyyatlardan sayılır. Çünki daxili orqanlar var və multidissplinar yanaşma tələb edir. Ümumi cərrahla, uroloqla yanaşı aparılmalı əməliyyatlar sırasındadır. Süni oynaq əməliyyatları qısa zaman çəksə də çox dəqiqlik və həssaslıq tələb edən əməliyyatlar arasındadır. Əl, mikrocərrahiyyə 17 saata bərabər əməliyyatlardır və həkim bir bir damarları tikir. Travmatologiya və ortopediya çox bahalı və çətin sahədir. Məsələn bəzən müraciətlərə baxırıq yol qəzaları nəticəsində baş verən qalıcı travmalar və ölüm halları bizi çox məyus edir. Düşünürəm ki, yol hərəkət qanunları, sürət həddi ölkəmizdə çox yaxşı tənzim olunub. Niyə bizə müraciətlər bu ehtiyatsızlıqdan olamlıdır. Bizdə yol qəzaları ilə bağlı ölüm sıfıra bərabər olmalıdır. Təəssüf ki, ölkəmizdə yol qəzalarından hər 100 min nəfərdən 2018-ci ildə 79, 2019-cu ildə isə 83 nəfər dünyasını dəyişən insan olub.

Söhbət əsnasında travmatologiyada qızıl saat dediniz. Nədir bu qızıl saat?

Çox vacib hissədir. Travmatologiyada “qızıl 1 saat” anlayışı var. Qızıl saat reanimasiyada ilk tibbi yardım göstərməyə imkan verən, zədələnmədən sonra müddəti təyin etmək üçün istifadə edilən bir termindir. Bu müddət zamanında olan müdaxilə xəstənin ölümünün qarşısını alacağı ehtimalının yüksək olduğuna inanılır. Travmatoloji ağır yaralanmalarda bu zaman kəsiyi çox vacibdir. İcazənizlə mən burdan vətəndaşlara da müraciət etmək istəyirəm. Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşınlarına yol verin. Bu addımla həqiqətən kiminsə həyatını qurtara bilərsiniz.

Mütəxəssislərin belə bir fikri var ki, qəddar yanaşma olsa da travmatologiyanın inkişafına səbəb olan amillərdən biri də müharibələrdir. Bununla razısınızmı?

Bəli bu belədir. Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq. Mən 1-ci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərmişəm və hələ də göstərirəm. Müharibədə əsas yaralanmalar 60-70 % ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək burda bizim əsas 3 komponentlə qurulur.

Dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer – həm təcili yardım maşınları həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət. Mən çox rahatlıqla deyirəm ki, həkimlər olaraq fədakar və yüksək xidmət göstərildi. Düşünün gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi 1 dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq.

Sonda isə Ümumdünya Travmatoloqlar Günü münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm və işlərində uğurlar arzu edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma