“De-Qayıdış” debat müsabiqəsi

“Vətəndaş Cəmiyyətində Debat” İB (DVC) tərəfindən Qarabağ gəncləri üçün ilk dəfə keçirilən və yüksək marağa səbəb olan “De-Qayıdış” debat müsabiqəsi davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mövzusu Qarabağa qayıdış prosesinin həyata keçirilməsində əsas rolu dövlət, yoxsa cəmiyyət oynayır” olan müsabiqə çərçivəsində Qarabağ gəncləri üçün 4 günlük debat və natiqlik təlimlərinin ardından mövzu görüşləri və təcrübəli debatçıların iştirakı ilə onlayn şou-debat keçirilib.

Müsabiqənin növbəti mərhələsində işğaldan azad olunmuş 11 regionumuzdan seçilən  Qarabağ gəncləri 20 komanda olmaqla, debatlara hazırlıq məqsədilə praktiki görüşlərdə, davamında isə Qarabağ gəncləri müsabiqənin seçim mərhələsində iştirak edib. Seçim mərhələsini uğurla keçən 8 komanda yarımfinal, final mərhələlərində yarışacaqlar.

Qeyd edək ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

“De-Qayıdış” debat müsabiqəsinin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatıdır.

Leave a ReplyCancel reply