Bakıda yol təhlükəsizliyinin təmin edilməsi üçün yeni layihələr hazırlanıb – VİDEO

BMT-nin 6-cı “Road Safety Week” (“Yol təhlükəsizliyi həftəsi”) açılış konfransı onlayn formatda bu gün işə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfrans 17-23 may 2021-ci il tarixlərində keçiriləcək.

Tədbir çərçivəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələrin təklif edildiyini bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: “Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.

V. Kərimli qeyd edib ki, Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7, 5 kilometr velosiped yolu çəkilib: “Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Azərbaycanda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır”.

Bakıda sərnişindaşımada fəaliyyət göstərən marşrut xətlərindəki avtobus parkınını yenilənməsindən bəhs edərək dövlət rəsmisi qeyd edib ki, avtobusların 50 faizi yenilənib.

V. Kərimli bildirib ki, hazırda avtobus parklarının yenilənməsi ilə bağlı işlər davam etdirilir. Yenilənən avtobusların 74 faizi daha ekoloji təmiz olan sıxılmış qazla işləyir.

Eyni zamanda paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görüən işlərdən danışılıb və bu istiqamətdə digər dövlət qurumları ilə birgə işlərin həyata keçirildiyi qeyd edilib.

BNA rəhbəri bildirib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: “Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.

Konfransda maraq doğuran və düşündürən statistik məlumatlar açıqlanıb, belə ki, qeyd edilib ki, Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mini ötüb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib ki, ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçirilir: “Bu ilin 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib ki, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb.

Aparılan təhlillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulmasıdır. Son 3 ayda Bakıda piyada vurulması nəticəsində 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb”.

N. Piriyev onuda bildirib ki, bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı 9 min 284 fakt aşkar edilib.

O qeyd edib ki, qeydə alınan qayda pozuntularının 5 min 293-ü Bakının payına düşür: “Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti və ya ölümü ilə nəticələnə bilər”.

N. Piriyev deyib ki, hesabat dövründə 1065 nəfər işıqforun tələblərinə məhəl qoymadan hərəkət zolağına çıxmasına, 2044 nəfər yola yaxınlaşmaqda olan avtomobillərin qarşısına çıxmasına görə, 43 nəfər qırmızı və göy işıq quraşdırılmış nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə, 2106 nəfər dəmir yolu keçidi və yolu müəyyən olunmamış ərazidən keçməyə görə cərimələnib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma