Su defisitinin qarşısının alınması üçün hansı tədbirlər görüləcək?

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu məsələlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

TIME Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyevin sözlərinə istinadən bildirir ki, planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi muşahidə olunur. 

Onun sözlərinə görə, iqlim dəyişmələrinə məcburi uyğunlaşma vasitələri adi hala çevrilməkdədir.  “Son 30 ildə temperaturun artımı 1°C-dən də yüksəkdir ki, bunun nəticəsi olaraq Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb.

Gələcəkdə orta temperaturun 2°C və daha çox artması senarilərinə uyğun olaraq su resurslarının paylanmasında fundamental dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər planlaşdırılır ki, onların icrası nəticəsində gələcəkdə mümkün su defisitlərinin qarşısını kifayət qədər almaq olar. 

Xidmət rəsmisi qeyd edib ki, mümkün olan uyğunlaşma tədbirlərinə hazırda 40 faizə yaxın olan su itkilərinin azalması üçün fəaliyyətdə olan su təsərrüfatı obyektlərinin yenidən qurulması, yağış suyundan və təmizlənmiş dəniz suyundan istifadə və s. kimi əlavə su mənbələrinin cəlb edilməsi, yeraltı sulardan və sudan təkrar istifadə də daxil olmaqla dövriyyəvi sudan istifadə edilməsi, suya qənaətlə yanaşma, müasir suvarma texnologiyalarının və metodlarının tətbiqi daxildir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma