Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Görkəmli sənətkar, mərhum Xalq artisti Müslüm Maqomayevin heykəli Dənizkənarı Bulvar ərazisində quraşdırılacaq.

Trend-in verdiyi məlumata əsasən, artıq heykəl üzərində son tamamlanma işləri aparılır: “Müslüm Maqomayevin heykəli tamamlanmaq üzrədir. Heykəl Bakı şəhərində Dənizkənarı Milli Parkda ucaldılacaq. Xalq artistinin abidəsi artıq bərk materiala köçürülür. Yerində quraşdırma işləri heykəl tam hazır olduqdan sonra başlanacaq. İşlər mərhələli şəkildə aparılır”.

Qeyd edək ki, görkəmli sənətkarın abidəsinin quraşdırılacağı ərazi bir neçə gündür ki, hasara alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma