BakıKart-la ödənişə hansı avtobus marşrutları keçəcək və nə vaxt?

Yaxın zamanda daha 7 marşrut xətti üzrə hərəkət edən avtobus BakıKartla nağdsız ödəniş sisteminə keçəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.       

Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.  Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. 

Belə ki,   

  • 17.05.2021-ci il tarixində 29 və 81 
  • 18.05.2021-ci il tarixində 71 və 83 
  • 19.05.2021-ci il tarixində 53 və 66 
  • 20.05.2021-ci il tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq. 

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma