Azərbaycan cüdoçusu Amerika çempionu olub

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kq çəkidə birinci yeri tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan öncə Zaur iki dəfə Amerika çempionatının yüksək kürsüsünə qalxıb. Təltif olunma mərasimində Zaur Cəlil bildirib ki, qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr edir.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız Nyu-York şəhərində yaşayır. 1998-ci ildən ABŞ-da yaşayan, “Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzi”nin prezidenti Telman Cəlilovun övladıdır. Zaur 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların çempionu olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Zaur Cəlili növbəti dəfə çempion olması münasibəti ilə təbrik edir və gələcək yarışlarda ona uğurlar arzulayır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma