Xətai rayonunda Polad Həşimovun adını daşıyan küçə olacaq

Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

Trend-in verdiyi məlumata əsasən, bunu Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub:

“Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılıb və küçəyə Milli Qəhrəmanımızın adı verilib”.

Leave a Reply